I HİSSƏ
Dünyadakı erməni diasporunun iki əsas məqsədi var- “erməni soyqırımı”nın və “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması. Gələn il “soyqırım”ın 100 illiyini qeyd edəcək ermənilər bu “əlamətdar” tarixə yaxınlaşdıqca, Qərb və Rusiyadakı bəzi siyasi dairələrin hesabına Türkiyə və qisəmn də Azərbaycana təzyiqləri artırıblar. Bu il mayın 9-da Kaliforniya Senatının və assambleyasının, daha öncə isə Men, Luiziana, Massaçusets və Rod-Aylend ştatlarının Dağlıq Qarabağın müstəqilliyini tanımasını, hər il ABŞ Senatının gündəliyinə “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinin daxil olunmasını, Fransa parlamentində “erməni soyqırımı”nın inkarı ilə bağlı qanun layihəsinin qəbul olunmasını (qanun Fransa Konstitusiya Şurasında dayandırılıb-red.) və digər artan təzyiqlərin nəticəsi hesab etmək olar. Unutmaq olmaz ki, “erməni geçəkləri”nin dünya parlamentlərində irəliləməsində həmin ölkələrin yerli siyasətçilərinin, ictimai xadimlərinin önəmli rolu var. Yerli erməni icması hesabına özünə elektorat toplamaq, yaxud sadəcə səxavətli erməni iş adamalrının maliyyəsini cəlb etmək üçün bu yolu seçən əcnəbi siyasətçilər indi də 2015-ci ilin 24 aprelinə hazırlaşırlar.
Modern.az saytı aparıcı dünya ölkələrində ermənipərəst mövqeyi ilə seçilən yəni “ermənilərin dostu sayıla biləcək siyasi və ictimai fiqurların siyahısın təqdim edir. İlk siyahı avropalı siyasətçilərə həsr olunub.

Fransua Roşblan – Fransa parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvüdür. 69 yaşlı deputat uzun illərdir ermənipərəst mövqeyi ilə seçilir. Roşbluan uzun illər (1993-1997 və 2002-2012) Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhərib olub. 2001-ci ildə Fransa parlamentinin “erməni soyqırımı”nı tanınmasına dair qəbul etdiyi qalmaqallı sənədin müəllifi də məhz odur. Bununla da kifayətlənməyən Fransua Roşblan 2012-ci il martın 19-da Fransa-Dağlıq Qarabğ dostluq qrupunu yaradıb və onun sədridir. Dostluq qrupunun məqsədi “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə” hüququnu gerçəkləşdirməsi və Avropa Birliyi ilə münasibətlərinin inkişaf etdirilməsidir. Fransua Roşblan dəfələrlə qrupun tərkibində Dağlıq Qarabağ səfər edib. Sonuncu belə səfər oktyabrın 8-də baş tutub.

Valeri Buaye – Fransa parlamentinin 52 yaşlı xanım deputatıdır. Buaye “erməni məsələsi”nin Fransa siyasi gündəliyindən düşməməsi üçün ən çox canfəşanlıq edən deputatdır. Məhz onun “erməni soyqırımının inkarının kriminallaşdırlması” ilə bağlı hazırladığı qanun layihəsi 2011-ci il yanvarın 31-də Fransa parlamentində qəbul olunmuşdu. Lakin Fransa Konstitusiya Şurası qanunun Fransa Kontitusiyasına zidd olduğunu əsas gətirməklə 2011-ci il fevralın 11-də qanunu ləğv etmişdi və Valeri Buayenin arzusunu ürəyində qoymuşdu. O, hazırda Konstitusiya Şurasının qadağasını aşmaq üçün “soyqırım” haqqında qanunda bəzi dəyişkliklər edərək yenidən parlamentə təqdim edib.
Sabiq ölkə prezidenti Nikolya Sarkozinin “Vətəndaş Hərəkatı Uğrunda İttifaq” Partiyasından qanunverici orqana üzv olan Buaye 2008-ci ildən həm də Marsel şəhərinin vitse-meridir. Yuxarıdan barəsində söhbət açdığımız Fransua Roşblanın yaratdığı “Fransa-Dağlıq Qarabağ dostluq qrupu”nun üzvü olan xanım siyasətçi Xankəndinə çoxsaylı səfərləri zamanı deyib: “Biz Qarabağ demokratiyasını dünyaya göstərmək üçün Dağlıq Qarabağın müstəqilliyini tanımalıyıq”.
Valeri Buaye Azərbaycanın işğal olunmuş torpaqlarına dəfələrlə qanunsuz səfər etdiyinə görə Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısına da daxil edilib.

Rene Ruke – ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Fransa parlamentinin üzvü, Fransa-Ermənistan dostluq qrupunun sədr müavini, Alforvil şəhərinin meridir. Fransadaki erməni icmaası ilə aktiv əməkdaşlıq edən siyasətçi “Dağlıq Qarabğın və “erməni soqırımı”nın tanınmasının aktiv təbliğatçılarındandır. Rene Ruke “öz torpaqlarında azad yaşamaq istəyən qarabağlı ermənilər Azərbaycana qarşı rəşadətlə mübarizə aparır”, - deyərək Fransa mətbuatında yayımlanan məqaləsində tutduğu ermənipərəst mövqeyini açıq bildirib.
Təsadüfi deyil ki, 2013-cü il avqustun 2-də Azərbaycan Xarici İşlər Nazirliyinin “ölkəyə gəlişi arzuolunmaz hesab edilən” 335 nəfərlik siyahısında Rene Ruke də yer alıb.

Baronessa Karolina Koks – Böyük Britaniya Lordlar Palatasının üzvü və keçmiş vitse-prezidenti. Britaniya adalarında “erməni məsələsi”nin ən ehtiraslı tərəfdarı və lobbiçisi sayılır. 77 yaşlı Koks Dağlıq Qarabağa səfər edən əncəbilər arasında mütləq liderliyə malikdir. O, 1991-ci ildən bəri Azıərnaycanın işğal olunmuş torpaqlarına 82 səfər təşkil edib. Bu səfərlər onun rəhbəri olduğu “Xristian həmrəyliyi” təşkilatının xətti ilə baş tutub. 2013-cü il avqustun 2-dən Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına daxildir.

Eleni Teoxarus – Avropa parlamentinin cənubi kiprli deputatı, “Avropa Birliyi-Dağliq Qarabağ” dostluq qrupunun rəhbəridir. 60 yaşlı Teoxarus Dağlıq Qarabağın müstəqilliyinin tanınması və Avropa Birliyi ilə əlaqələr qurmasının qızğın tərəfdarıdır. Onun fikrincə, “erməni soyqırımı”nı tanımadıqca Türkiyənin Avropa Birliyinə üzv olması mümünkü deyil. Digər bir çıxışında isə Avropa parlamentari deyib: “Mənim iki vətənim var: biri Yunanıstan, digəri isə Qarabağdır. Qarabağ mənə hər dəfə qucaqlamaq və tumarlamaq istədiyin yeni doğulmuş körpəni xatırladır”. Ermənipərəst Teoxorus sonuncu dəfə oktyabrın 12-də Dağlıq Qarabağa səfər edib.
Bundan başqa, ermənipərəst Avropa siyasətçiləri siyahısına - Avropa Parlamentinin üzvləri Yohan Ştadler (Avstriya), Daniel Valder Ştup (Hollandiya), Frank Engel (Lüksemburq), Kiriakos Triantafilides (Yunanıstan), Fransa parlamentinin üzvü Gi Tesye, senatorlar Sofi Juassen, Filip Marini, Bernar Furnye, Anri de Renkur, Litva parlamentinin vitse-spikeri Kyastas Komskis, çexiyalı senator Yaromir Ştetin və s. şəxslər daxildir.
Vüqar İsmayılov