
Bakının iki rayonuna içməli suyun verilməsində fasilələr olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində 500 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 17-də gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Modern.az