“Dövlət müstəqilliyinin lehinə imza atan bəzi şəxslərin indi vəziyyəti yaxşı deyil. Milli Məclis bunu nəzərə almalıdır”. Modern.az saytı xəbər verir ki, bunu deputat Fərəc Quliyev Milli Məclisin iclasında deyib. Onun sözlərinə görə Milli Məclis 18 oktyabr tarixini Dövlət Müstəqilliyi günü ilə bağlı qeyri-iş günü elan etməlidir.
“Kolleqalarımdan xahiş edirəm ki, bunu nəzərə alıb gündəmə gətirsinlər”.
Deputat Vahid Əhmədov da bildirib ki, Dövlət Müstəqilliyi günü ilə bağlı ölkədə silsilə tədbirlər həyata keçirilməlidir.
