Modern.az

“Avropa Parlamentində separatçı rejimlə dostluq edənlər “qara siyahı”ya salınmalıdır”

“Avropa Parlamentində separatçı rejimlə dostluq edənlər “qara siyahı”ya salınmalıdır”

Təhsil

17 Oktyabr 2014, 12:32


“Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimin “parlamenti” ilə “dostluq qrupu”nun yaradılması gündəmə gəlib. Biz buna etiraz etməliyik”.

Modern.az saytının məlumatına görə, Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa belə deyib.

Onun sözlərinə görə, bu təşəbbüsü Avropa Parlamentinin Ermənistanla yaxşı münasibətləri olan şəxslər gündəmə gətirib: “Bununla yanaşı, münaqişəyə qərəzli yanaşanlar və bununla da separatçı rejimlə dostluq edənlər Azərbaycan tərəfindən “qara siyahı”ya salınmalıdır”.

Fazil Mustafa onu da deyib ki, Azərbaycan prezidenti İlham Əliyev apardığı balanslı siyasətlə Qərb və Rusiya ilə əməkdaşlığı yüksək səviyyədə qura bilib.

Aqşin KƏRİMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı