Modern.az

Ziyafət Əsgərov Elmira Axundovanın təklifinə etiraz etdi

Ziyafət Əsgərov Elmira Axundovanın təklifinə etiraz etdi

Təhsil

17 Oktyabr 2014, 13:28



Milli Məclisin bugünkü iclasında “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Modern.az saytının məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirə zamanı deyib: “Xaricdəki vətəndaşlarımızın vizasının vaxtı bitəndə onların başına nə oyunlar açıldığını bilirsiniz?”.

  O, deputat Elmira Axundovanın fikirlərinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan bütün sərhədlərini xarici vətəndaşların üzünə aça bilməz:

“Həddindən artıq qonaqpərvərlik lazım deyil. Biz hüquqi dövlətik və qanunlarımızı dünya təcrübəsinə uyğun olaraq təkmilləşdiririk”.

Elmira Axundova müzakirə zamanı xaricdən Azərbaycana gələn vətəndaşlara güzəştlər təklif edib.

Aqşin KƏRİMOV    
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!