Modern.az

Fransa səfirliyi Aqil Abbasa viza verməyib

Fransa səfirliyi Aqil Abbasa viza verməyib

Təhsil

17 Oktyabr 2014, 13:34

Milli Məclisin bugünkü iclasında deputat Aqil Abbas Fransaya gedə bilməməsindən şikayətlənib. Modern.az saytının məlumatına görə, Aqil Abbas deyib ki, Fransaya getmək istəsə də, bu ölkənin Azərbaycandakı səfirliyi ona viza verməyib.

Onun sözlərinə görə, hüquq müdafiəçisi Leyla Yunusa 5 illik viza verən Fransa səfirliyi ona əngəllər yaradıb: “Necə olur ki, tez bir zamanda Leyla Yunusa 5 illik viza verilir, amma digərləri, o cümlədən mən viza ala bilmirik?!”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputat Aqil Abbasın sualına zarafatla cavab verib: “Siz Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasınız”.

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı