Ölkəsinə yönələn təhdidlərə qarşı Pakistanı tədbir görməyə çağıran İran bu ölkəni hədələyib: “Pakistan sərhəd təhlükəsizliyini təmin etməzsə, o torpaqlara müdaxilə edəcəyik”. Modern.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu komandirinin köməkçisi general Hüseyn Salamı Pakistan-İran sərhəd təhlükəsizliyi haqqında mətbuat konfransı keçirib.
İrana yönələn təhdidlərə qarşı tədbir görülməsi üçün Pakistana çağırışda olan Salamı deyib: “Pakistan sərhəd təhlükəsizliyini təmin etməzsə, ölkəmizə yönələn təhdidləri aradan qaldırmaq üçün müdaxilə edərik”. Bu bölgə ilə əlaqədar güclü kəşfiyyat məlumatları olduğunu izah edən Salamınin fikrincə, müxalif güclər harada olur-olsun, hətta qonşu ölkələrin torpaqlarında belə olsalar, onları tapar və cavabını verəcəklər. Keçən həftə Sisdən və Belucistan əyalətinin Seravan bölgəsində şəxsiyyəti naməlum şəxslər tərəfindən İran təhlükəsizlik güclərinə təşkil edilən hücumda 4 adam ölmüşdü. Bununla əlaqədar araşdırmalar aparmaq üzrə bölgəyə hərəkət edən təhlükəsizlik əməkdaşlarını daşıyan təyyarənin də qəzaya uğraması nəticəsində 7 adam həyatını itirmişdi. Modern.az