Modern.az

Hafiz Hacıyev Müsavatdan istefa verənləri öz partiyasına çağırdı: “Gəlin birləşək!”

Hafiz Hacıyev Müsavatdan istefa verənləri öz partiyasına çağırdı: “Gəlin birləşək!”

Təhsil

17 Oktyabr 2014, 16:20


Musavat Partiyasının son qurultayından sonra həmin təşkilatdakı durum Müasir Musavat Partiyasında (MMP) da diqqətlə müşahidə edilir. Musavat Partiyasından edilən istefalardan sonra isə MMP İdarə Heyəti  baş verənləri müzakirəyə çıxarıb və Hafiz Hacıyevin təklifi ilə bir müraciət qəbul edilib.

MMP mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sədr Hafiz Hacıyev Müsavatdan istefa verən şəxsləri öz partiyasına çağırıb:

”Əziz Musavatçılar ! İllərdir illərdir xidmət etdiyiniz, uğrunda ölümə belə, getməyə razı olduğunuz  partiyadan istefa verdiniz. Mən sevinirəm ki, gec də olsa, siz bu addımı atdınız”.

MMP sədri deyib ki, Müsavat daxilində baş verənlər onu da təsirləndirir.

“Mən  keçmiş cəbhədaşlarıma səslənirəm!.. Gəlin, əsl Musavat Partiyası olan MMP-də cəmləşin, birləşəyin, öz məqsədlərimiz və ideyalarımız uğrunda mübarizə aparağın. Sizi azadlığa aparacaq bir qüvvə varsa o da Muasir Musavat Partiyasıdır. Yalanlarla başınızı qatmağın vaxtı çoxdan ötüb, indi real işlərlə məşğul olmaq lazımdır. Yalançı vədlərlə illərdir varlanan “başqanlar”, sabah fürsət düşəndə sizi silib atacaqlar. İllər öncə bu şeyləri mən yaşamışam və görmüşəm. Mən sizə müraciət edirəm ki, Muasir Musavat Partiyasının ətrafında birləşin!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı