Modern.az

Azərbaycan XİN: “Avropa Parlamentində yaradılan “Dağlıq Qarabağla dostluq qrupu” özfəaliyyətdir”

Azərbaycan XİN: “Avropa Parlamentində yaradılan “Dağlıq Qarabağla dostluq qrupu” özfəaliyyətdir”

Təhsil

17 Oktyabr 2014, 22:20



Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması məsələsinə aydınlıq gətirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, kütləvi informasiya vasitələrində verilən məlumata görə, bu ilin oktyabrın 15-də Avropa Parlamentində ermənipərəst deputatlar Frank Engel və Eleni Teokarus tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim üzrə “qrup” yaradılıb. Onun sözlərinə görə, hər hansı rəsmi statusa malik olmayan və Ermənistan və erməni diasporunun təsiri altında olan bu şəxslərin özfəaliyyəti nəticəsində bu “qrup”un yaradılması Avropa Parlamentinin 23 oktyabr 2013-cü il və 17 aprel 2014-cü il tarixli qətnamələrində ifadə olunmuş Azərbaycan və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün birmənalı dəstəklənməsinə dair mövqeyinə tamamilə ziddir. H.Hacıyev bildirib ki, məsələ ilə əlaqədar Azərbaycan XİN-I Avropa Parlamentinə sorğu göndərib:
"Avropa Parlamentindən verilən məlumatda sözügedən məsələnin olsa-olsa Avropa Parlamenti daxili qrup (inter-group) ola biləcəyi ehtimal edilərək, bunların da Avropa parlamentində səsvermə yolu ilə yaradılmadığı təsdiq olunub. Bu bir daha ona dəlalət edir ki, bu “qrup” yalnız Avropa Parlamentində Ermənistan və erməni diasporunun təsiri altında olan bəzi şəxslərin özfəaliyyətinin nəticəsidir".

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı