Modern.az

Əhliman Əmiraslanov Kürdəmir sakinlərini pulsuz müayinə etdirib - FOTO

Əhliman Əmiraslanov Kürdəmir sakinlərini pulsuz müayinə etdirib - FOTO

Təhsil

18 Oktyabr 2014, 10:23

Kürdəmirin Mollakənd kənd sakinləri pulsuz müayinədən keçib. Modern.az xəbər verir ki, bu xeyriyyə aksiyası Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.

Aksiya zamanı  ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Mollakəndə gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.

Qeyd edək ki, bu səfərki aksiyada endokrinoloq dossent Əfəndiyev Tərlan, terapevt-kardioloq Zeynalov Fikrət, pediatr Nəsirova Səbahət, nevropatoloq Musayeva Aygün, onkoloq Cəfərova İnarə, ginekoloq Əliyeva Pərvanə, oftalmoloq Əlizadə Leyla və USM həkimi Əliyeva Səidə iştirak ediblər.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı