Modern.az

Sərkisyan həmsədrlərlə görüşdə SƏRSƏMLƏDİ

Sərkisyan həmsədrlərlə görüşdə SƏRSƏMLƏDİ

Təhsil

18 Oktyabr 2014, 10:40


ATƏT-in Minsk Qrupunun Fransadan və Rusiyadan olan həmsədrləri (Pyer Andryu, İqor Popov), və ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevada Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb.

Modern.az saytının Ermənistan KİV-nə istinadla verdiyi məlumata görə görüşdə Fransanın təşəbbüsü ilə bu ayın sonunda reallaşmas ı gözlənilən Paris görüşü müzakirə olunub.

Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələlərinə də toxunulub. Müzakirələr zamanı Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə sərsəmləyərək münaqişənin həll olunmamasına görə Azərbaycanı ittiham edib. O bildirib ki, Azərbaycan guya dağıdıcılıq mövqeyindən çıxış edir.  

Qeyd edək ki, Minsk Qrupu həmsədrlərinin regiona səfərində ABŞ-dan olan həmsədr Ceyms Uorlik iştirak etmir. Ceyms Uorlik açıqlamasında bildirib ki, ailəsindəki şəxsi problemlərlə əlaqədar Yerevana və Bakıya gələ bilməyəcək. Onu, köməkçisi Devid Silvo əvəz edir.


Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı