Modern.az

Obama restoranda hesabı ödəyə bilmədi

Obama restoranda hesabı ödəyə bilmədi

Təhsil

18 Oktyabr 2014, 11:16


ABŞ pzidenti Barak Obama "Təhlükəsiz Alış-veriş" proqramını başladıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən İstehlakçıların Maliyyə Hüquqlarının Mühafizə Dərnəyində çıxış edən Obama milyonlarla amerikalının şəxsiyyət vəsiqəsinin oğurlandığını bildirib.

Obama öz kredit kartının da getdiyi bir restoranda rədd edildiyindən danışıb:

"BMT Baş Assambleyası zamanı Nyu-Yorkda bir restorana getdim və kredit kartım rəddedildi. Bəlli oldu ki, kartımdan kifayət qədər istifadə etmirəm.  Restorandakılar fırıldaqçılaqdan şübhələnirdilər.Yaxşı ki, Mişelin kartı yanında idi.  Mən isə ofisianta kredit borcalrımı vaxtında ödədiyimi izah edirdim”.      

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı