Modern.az

Arif Hacılıdan rəqiblərinə ÇAĞIRIŞ: “Qucaqlaşaq”

Arif Hacılıdan rəqiblərinə ÇAĞIRIŞ: “Qucaqlaşaq”

Təhsil

18 Oktyabr 2014, 11:25


Müsavat başqanı Arif Hacılı ona qarşı olan partiya üzvlərinə çağırış edib. Modern.az saytının məəlumatına görə başqan özünün facebook səhifəsində belə yazıb:  

“Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr Qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım.  

Əksər partiya üzvləri bu çağırılmaya qoşulsalar da, qarşılıqlı ittihamlar tam durdurulmadı.  18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq.   Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək.  

Hər birinizi bir daha Milli İstiqlal günü münasibəti ilə təbrik edirəm”.  

Qeyd edək ki, Arif Hacılı Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında başqan seçilib. Onun başqan olmasına qarşı çıxış edənlər isə başqanlığa keçmiş namizədlər Qubad İbadoğlu və Səxavət Əlisoydur.  

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı