Modern.az

Təhsil Naziri Qusara gedib

Təhsil Naziri Qusara gedib

Təhsil

18 Oktyabr 2014, 11:48


Təhsil naziri Mikayıl Cabbarov Qusar rayonuna səfər edib. Modern.az xəbər verir ki, təhsil naziri səfər çərçivəsində rayonun Hil kəndində tikilən ümumi orta təhsil müəssisəsində inşaat işlərinin gedişi ilə tanış olub.
Daha sonra təhsil naziri Qusar şəhərindəki Olimpiya İdman Kompleksində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Rüfanə GÜNƏŞ
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı