
Futbol üzrə Azərbaycan milli komandanın baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mahmud Qurbanova həvalə olunub. Modern.az saytının məlumatına görə, bu açıqlama ilə AFFA çıxış edib.
Xatırladaq ki, iki gün öncə İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi postunu tutan alman çalışdırııcı Berti Foqts arasında görüş keçirilib. Görüşdə Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub. Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür. Və bununla da baş məşqçilikdən istefa verib.
Modern.az