Modern.az

Müəllim şagirdi bıçaqladı

Müəllim şagirdi bıçaqladı

Təhsil

18 Oktyabr 2014, 14:05

Ermənistanın Tavuşsk vilayətində qeyri-adi insident baş verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir neçə gün əvvəl bədəninin yan hissəsindən kəsilmiş-deşilmiş xəsarətlə Andranik Aydyan adlı oğlan vilayət xəstəxanasına gətirilib. Bir qədər sonra məlum olub ki, məktəbli oğlana xəsarəti müəllim Armen Avalyan yetirib. Uzun müddət Rusiyada yaşayan Andranik Ermənistana yaxınlarda gəlib. Dərs zamanı müəllimlə mübahisə edib, Armen Avalyan isə elə əsəbiləşib ki, nəticədə bıçaqla ona xəsarət yetirib. Bu zaman Andranikin sinif yoldaşları hay-küy salaraq sinifdən çıxıblar. Məktəbin rəhbərliyi şagirdi təcili xəstəxanaya çatdırıb. Polis də belə bir hadisənin baş verdiyini təsdiqləyib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı