
Milli Məclisin eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev cərrahiyyə əməliyyatına məruz qaldığı barədə yayılan xəbərləri təsdiqləyib.
Modern.az saytı xəbər verir ki, R.Quliyev bu haqda belə deyib:
”Həqiqətən mənim ayaq damarımın daralması ilə əlaqədar 1 oktyabrda stend əməliyyatı aparılıb. Əməliyyatın başlaması və qurtarması 2 saat çəkib. 6 saatdan sonra evə buraxılmışam. Öz ayaqımla getmişəm. 2 gündən sonra artıq maşınımı sürə bilirdim. Bir həftədən sonra 3 günlük səfərdə olmuşam. Bu həddən artıq sadə bir əməliyyat olduğu üçün heç kimə bildirməmişəm. Ancaq xəbər yayıldığına görə, bəziləri şayiələri və fantastik uydurmaları sevdiyindən məsələni olduğu kimi izah etdim. Hamıya can sağlığı arzulayıram”.
A.Qorxmaz