Oktyabrın 18-də Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafilin oğlu Pərvin İsrafilin toyu olub. Modern.az saytı xəbər verir ki, Sumqayıt şəhərindəki “Şahanə” şadlıq sarayında baş tutan mərasimdə Müsavatın keçmiş başqanı İsa Qəmbər və partiyanın bir çox tanınmış şəxsləri iştirak ediblər.
Ən diqqətçəkən məqam isə dəvətlilər arasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin də olması idi. Keçmiş deputatın qızının toyunda Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də iştirak ediblər.
Digər diqqətçəkən məqamlardan biri isə mərasimdə İkram İsrafilin Müsavat Partiyasının üzvü olan keçmiş deputat həmkarları Nəsib Nəsibli ilə İltizam Əkbərlinin olmamasıdır.



Modern.az