Modern.az

Obama, Putin və Olland Qarabağa dəvət olundu

Obama, Putin və Olland Qarabağa dəvət olundu

Təhsil

20 Oktyabr 2014, 14:19

 

Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları – ABŞ prezidenti Barak Obamanı, Rusiya prezidenti Vladimir Putini və Fransanın dövlət başçısı Fransua Ollandı Azərbaycanın bu bölgəsinə səfərə dəvət edib.

Modern.az xəbər verir ki, Saakyan “Amerikanın Səsi” radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib:

“Bizim fikrimizcə, bir ölkənin taleyi ilə məşğul olan həmsədr dövlətlərin rəhbərləri bu ölkənin xalqı ilə birbaşa ünsiyyətdə olmadan ciddi uğurlar əldə edə bilməzlər. Biz bu gün hesab edirik ki, beynəlxalq ictimaiyyətin reallaşdırdığı cəmiyyətlə işində ən böyük çatışmazlığı məhz budur”.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı