Modern.az

Deputat Xankəndi məktəbində keçirilən festivalda iştirak edib - FOTO

Deputat Xankəndi məktəbində keçirilən  festivalda iştirak edib - FOTO

Təhsil

20 Oktyabr 2014, 13:38


Bu gün 4 nömrəli Xankəndi orta məktəbində "Açıq Əyləncəli Futbol Məktəbləri" festivalı keçirilib.

Modern.az xəbər verir ki,  bu gün Ramanı qəsəbəsində yerləşən Şuşa və Xankəndi köçkün şəhərciyində Nizami Gəncəvi adına inşa edilmiş 4 nömrəli Xankəndi orta məktəbində "Açıq Əyləncəli Futbol Məktəbləri" festivalı keçirilib. Açılışda millət vəkili Rauf Əliyev, Şuşa RTŞ müdiri Təvəkkül Əliyev, məktəbin direktoru Nizami Xudiyev, Şuşa UGİM direktoru Novruz Əbülqasımov iştirak edib.

Festivala  7-12 yaş arası 150-yə yaxın  qız və oğlan qatılıb. Məktəb tərəfindən festivalda iştirak edənlərə  təmənnasız olaraq top, mayka və başqa ləvazimatlar da verilib.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı