Modern.az

“Bu, “Amerikanın səsi” radiosunun hörmətsizliyidir”

“Bu, “Amerikanın səsi” radiosunun hörmətsizliyidir”

Təhsil

20 Oktyabr 2014, 17:18

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amerikanın səsi” radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim ilə əlaqədar hazırladığı verilişi şərh edib.

Modern.az saytına açıqlamasında H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən  “Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır.

““Obyektivlik” və “qərəzsizlik” prinsiplərindən danışan “Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır.  

“Amerikanın səsi” radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir.  

“Amerikanın səsi” radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir”.

Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyan “Amerikanın Səsi” radiosunun Ermənistan xidmətinə müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları – ABŞ prezidenti Barak Obamanı, Rusiya prezidenti Vladimir Putini və Fransanın dövlət başçısı Fransua Ollandı Azərbaycanın bu bölgəsinə səfərə dəvət edib.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı