Modern.az

Ermənistan Həsən Ruhanini “erməni soyqırımı”nın 100 illiyinə dəvət etdi

Ermənistan Həsən Ruhanini “erməni soyqırımı”nın 100 illiyinə dəvət etdi

Təhsil

21 Oktyabr 2014, 01:10

Ermənistan prezidenti Serj Sərkisyan İrandan olan həmkarı Həsən Ruhani  qodarma “erməni soyqırımı”nın 100 illik tədbirinə dəvət edib. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə Serj Sərkisyanın dəvətini Tehranda səfərdə olan baş nazir Ovik Abramyan İran prezidenti Həsən Ruhani ilə görüşündə ona çatdırıb.

Görüşdə Həsən Ruhani  Ermənistan prezidentinə və erməni xalqına isti salamlarını göndərib.  

Qeyd edək ki, Ermənistan və dünyadakı erməni lobbisi uydurma “soyqırımı”nın 2015-ci ilin 24 aprelində keçiriləcək 100 illiyi ilə bağlı böyük tədbirlər planı hazırlayır.  

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı