Modern.az

Nazirlikdən Yanıq Mərkəzinin rəhbərinin istefasına REAKSİYA: “Onun danışdıqları cəfəngiyyatdır”

Nazirlikdən Yanıq Mərkəzinin rəhbərinin istefasına REAKSİYA: “Onun danışdıqları cəfəngiyyatdır”

Təhsil

21 Oktyabr 2014, 16:30


“Yanıq Mərkəzi respublikanın bütün xəstəxanaları kimi hər bir avadanlıq və preparatlarla tam təchiz olunub. İşdən ayrılandan sonra hamı nəsə deyir”.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun mərkəzin rəhbəri vəzifəsindən istefa verməsinə münasibət bildirərkən söyləyib.    

Nazirlik rəsmisi deyib ki, belə məsələlərə ciddi yanaşmaq lazım deyil: “Yanıq Mərkəzində heç bir problem olmayıb.

Ümumiyyətlə, Səhiyyə Nazirliyinin təchizatla bağlı struktur bölmələrində heç problemi yoxdur. Hər bir xəstəxanada büdcə hesabına müasir avadanlıq da var, 180 adda dərman vasitəsi ilə də təmin olunub. Vüqar Ələkbərovun danışdıqları cəfəngiyyatdır. İşdən ayrılıb, çünki işinin öhdəsindən gələ bilməyib, bacarmayıb”.  

Həkim Vüqar Ələkbərov Modern.az-a işdən istefa ərizəsi yazaraq getdiyini bildirib.    

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı