Modern.az

Almaniyada Putinin mexaniki fiquru satışa çıxarılır – VİDEO

Almaniyada Putinin mexaniki fiquru satışa çıxarılır – VİDEO

Təhsil

21 Oktyabr 2014, 17:23

Kölndəki “Team Breker” hərrac evində Rusiya prezidenti Vladimir Putinin mexaniki fiquru satışa çıxarılacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, satış noyabrın 14-15-də keçiriləcək. Stol arxasında oturan Rusiya prezidentinin əlində qaz lələyindən qələm var. Videonun aşağısındakı yazıda qeyd edilir ki, Rusiya lideri Krım və Sevastopolun Rusiya Federasiyasının tərkibinə birləşdirilməsi haqda qanunu imzalayır. Mexaniki Putinin baş hərlənir, gözləri şüşədəndir və klassik qara kostyumdadır, stolun üstündəki kağızı isə qaz lələyindən olan qələmlə imzalayır.

Mexaniki kompozisiyanın müəllifi İsveçdən olan kukla ustası Kristian Bayidir



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı