
Azadlıqdan məhrum edilən şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında keçirilib. Bu barədə Modern.az-a Ədliyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilir ki, Bakı İstintaq təcridxanasında saxlanılan Nizami Mahmudovun və yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi ona nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Oktyabrın 21-də təcridxananın inzibati binasında 4 saylı Bakı “ASN” xidmət mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin Məmmədova və Akim Abbasov tərəfindən Nizami Mahmudovun vətəndaş Gülnar Məmmədova ilə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.