
Azərbaycanın bir qrup jurnalisti Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubuna “Dnepr”lə görüşdə dəstək üçün Kiyevə yola düşüb.
Qrupun tərkibində olan “News Baku post” qəzetinin əməkdaşı Yaqut Tapdıqqızı Modern.az-a bildirib ki, onlar hazırda Tiflis şəhərindədirlər. Oteldə qaldıqlarını deyən Y.Tapdıqqızı vəziyyətin yaxşı olduğunu bildirib.
Həmkarımız deyib ki, qrupda böyük ruh yüksəkliyi var. Onlar “ Qarabağ”ın qalib olacağına inanırlar.
“ Hazırda bütün dualarımız “Qarabağ” komandası üçündür. Biz onları qalib olacağına inanırıq!”.
Prezident yanında Bilik Fonduun mətbuat xitmətinin rəhbəri Ceyhun Musaoğlu özləri ilə Azərbaycan bayrağı götürdüklərini deyib.
“Sabah səhərə yaxın saat 6-da Kiyevə gedəcəyik. Oktaybrın 23-ü Ukrayna vaxtı ilə gecə 1-də “Qarabağ”ın oyunu olacaq”.
Tiflisdə olan həmkarımız deyir ki, onlar yüksək səviyyədə azarkeşlik edəcəklər ki, “Qarabağ” qalib gəlsin.
“Hamımızda bir inam var ki, “Qarabağ” qalib gələcək. Bununla yanaşı, "Xocalıya ədalət" kampaniyası da aparacağıq. Biz dünyaya sübut etmək istəyirik ki, Xocalı yalnız fevral ayında yox, hər gün ürəyimizdədi, ağrımızdı və biz bu soyqırımı törədənlərin cəzalanmaını tələb edirik”.
Jurnalistlər oktyabrın 23-də keçiriləcək “Dnepr” – “Qarabağ” görüşündən öncə “Olimpiyski” stadionuna dostluq yürüşü edəcəklər.
Jurnalistlərin “Qarabağ” klubunun rəsmi nümayəndələri və futbolçuları ilə də görüşü planlaşdırılır.
Xatırladaq ki, oyunu izləmək üçün aşağdakı jurnalistlər Kiyevə yollanıb.
Yaqut Tapdıqqızı – “News Baku post” internet-qəzetin şöbə müdiri
Günay Yelmarqızı – “Lider” TV
Zəhra Rüstəmova – “Azad Azərbaycan” TV
Günay Arda – GünAz TV
Elçin Zahiroğlu – “Aznews.az” saytının baş redaktoru
Ceyhun Musaoğlu – müstəqil jurnalist
Nicat Dağlar – “AzerFax” saytının baş redaktoru
Elbrus Ərud – “Qafqazinfo.az”ın baş direktoru
İqbal Aslanov – “Qafqazinfo.az”ın fotomüxbiri
Xalid Kazımlı – Müsavat.com-un redaktoru
Niyaz Niftiyev – “Azadinform” Agentliyinin baş redaktoru
Cavid Osmanov – Araz FM
Ruslan Bəşirli – “Avropa.info”nun baş redaktoru
Anar Məmmədov – “Milli.az”ın baş redaktorun müavini
Məltəm TALIBZADƏ