Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu “Ədalət və inkişaf partiyası”nın (AKP) baş məsləhətçisi Hüseyn Çəliyin oğlunun toyunda nikah şahitliyi ediblər.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əli Əkrəm Çəlik ilə Əsin Ərdalın nikah şahidliyini Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğlu, 11-ci prezident Abdulla Gül Diyanət işləri başqanı Mehmət Görməz edib.