Türkiyənin Radio-Televeziya Qurumunun (TRT) telekanalının yeni sədri Şenol Gökan olub. Modern.az “TRT1”-in rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, TRT sədrliyi uğrunda uzun müddətdir Şenol Gökan, İbrahim Ərən və Nəsuhi Güngör arasında aparılan mübarizədən Gökan qalib çıxıb.
Qeyd edək ki, Şenal Gökan 1986 ilindən bu günə qədər TRT-də çalışır. Mərmərə Üniversitesi məzunu olan Gökan 2014-ci ilin iyun ayında TRT sədrinin müavini vəzifəsinə gətirilmişdi.Rüfanə GÜNƏŞ