Modern.az

Avropa Parlamentinin nümayəndələri Leyla Yunusa görə Azərbaycana gələcək

Avropa Parlamentinin nümayəndələri Leyla Yunusa görə Azərbaycana gələcək

Təhsil

22 Oktyabr 2014, 10:20


Avropa Parlamentinin nümayəndə heyəti insan haqları üzrə Saxaraov mükafatını ala bilməyən və hazırda həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa görə Azərbaycana gələcək. Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə bu barədə Avropa Parlamentinin sədri Martin Şultz məlumat verib.

O bildirib ki, Saxaraov mükafatının noyabrın 26-da Strasburqda keçiriləcək təqdimat mərasiminə  “Avromaydan” fəalları da dəvət ediləcək. Tədbirdə 50 min avro mükafatı qazanan Konqodan olan həkim-ginekoloq Deni Mukveqeyə təqdim ediləcək.  

Martin Şultz onu da  qeyd edib ki, Saxarov mükafatının finalçıları arasında  yer alan hüquq müdafiəçisi Leyla Yunusa da dəstək olmaq üçün Avropa Parlamenti nümayəndələri Azərbaycana səfər edəcəklər.  

Qeyd edək ki, Saxarov mükafatını ötən gün  konqolu ginekoloq Deni Mukveqeyə verib.  

Xatırladaq ki, Leyla Yunus Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, dövlətə xəyanətdə ittiham olunur. Məhkəmənin qərarı ilə ona 3 aylıq həbs qətimkan tədbiri seçilib.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı