Modern.az

Bu gün Çempionlar Liqasının daha 8 oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasının daha 8 oyunu keçiriləcək

Təhsil

22 Oktyabr 2014, 10:51

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu axşam daha 8 oyun baş tutacaq. Modern.az xəbər verir ki, A qrupunda təmsil olunan ötən mövsümün finalçısı Madridin “Atletiko” klubu İspaniyada İsveçin “Mamö” klubunu qəbul edəcək. Bu qrupdakı digər qarşılaşma “Olimpiakos” (Yunanıstan) – “Yuventus” (İtaliya) arasında olacaq. B qrupunda yer alan İngiltərə təmsilçisi “Liverpul” kubokun hazırkı sahibi “Real”la üz-üzə gələcək. Qrupdakı digər oyunda “Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə) cütlüyü görüşəcək.  C qrupundakı oyunlarda “Monako” (Fransa) Portuqaliyanın “Benfika”,  “Bayer” (Leverkuzen, Almaniya) isə “Zenit”i sınağa çəkəcək.  Türkiyənin “Qalatasaray” klubunun təmsil olunduğu D qrupunda İstanbul klubu bu axşam öz meydanında Almaniyanın “Borrusiya” (Dortmund), Belçika təmsilçisi “Anderlext” isə Londonun “Arsenal” klubunu qəbul edəcək.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...