
“Mən o tədbirə gedib çıxış da edəcəyəm”. Bunu Modern.az saytına “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Vətəndaş Həmrəyliyi Partiyasının sədri deputat həmkarı Sabir Rüstəmxanlının qəzetin 25 illik yubileyi ilə bağlı keçirdiyi tədbir barəsində deyib. Onun sözlərinə görə, tədbirə jurnalistlərin xatirinə qatılacaq: “Mən başqa qəzetlərə hörmətlə yanaşıram, əgər hər hansı qəzet tədbir keçirirsə və məni ora dəvət edirlərsə, jurnalistlərin xatirinə gedirəm. Mən baş redaktordan əlavə əli qələmli jurnalistəm. Jurnalist sevgimə görə mən o tədbirə soyuq yanaşmayacağam. Söz versələr, çıxış da edəcəyəm. Yəqin ki, deputatlığımı nəzərə alaraq mənə söz verərlər”.
Qeyd edək ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzetinin 25 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. Tədbiri “Azərbaycan” qəzetinin yaradıcısı Sabir Rüstəmxanlı keçirir. Tədbirdə iştirak üçün Kütləvi İnformasiya Vasitələrinə dəvətnamə göndərilib.
Rüfanə GÜNƏŞ