Modern.az

Adil Qeybulla: “Bizim təşkilat Milli Şuraya alternativ deyil”

Adil Qeybulla: “Bizim təşkilat Milli Şuraya alternativ deyil”

Təhsil

22 Oktyabr 2014, 11:15

 “Bizim yaratdığımız mərkəz formalaşmaq ərəfəsindədir. Onun nizamnaməsi hazırlanır və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi üçün çalışırıq”. Bunu Modern.az saytına Siyasi Dialoq və İslahatlar Mərkəzinin həmtəsisçilərindən biri, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə bu proseslərdən sonra təşkilata üzvlük məsələsi müzakirəyə çıxarılacaq. Adil Qeybulla bildirib ki, SDİM-in niyyətləri və hədəfləri ciddidir.

O, mərkəzin gələcəkdə siyasi partiyaya çevriləcəyi ilə bağlı suala isə belə cavab verib: “Bu mərkəzin siyasi partiyaya heç bir aidiyyatı yoxdur. Siyasi mənsubiyyəti olan və ya olmayan insanlardan kim istəsə bizim təşkilata üzv ola bilərlər”.  

Adil Qeybulla rəhbəri olduğu təşkilatın Milli Şuraya və siyasi partiyalara alternativ olmayacağını vurğulayıb.

“Milli Şura, partiyalar siyasi qurumdur. Biz isə fəaliyyətimizi qeyri-hökumət təşkilatı çərçivəsində quracağıq. Siyasi Dialoq və İslahatlar Mərkəzi siyasi partiya və siyasi təşkilatlara alternativ kimi yaradılmayıb”.  

Qeyd edək ki, Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Adil Qeybulla ilə birgə Siyasi Dialoq və İslahatlar Mərkəzi adlı yeni təşkilat təsis etdiyini bəyan edib.

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı