Belarus prezidenti hökumətin iclasında işləməkdən yayınan əmək qabiliyyətli ölkə vətəndaşlarının məsuliyyətə cəlb olunacağını açıqlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko müftəxor vətəndaşların ildə 2,6 milyon Belarus rublu, yaxud 280 dollar vergi verməsi barədə göstəriş verib: “Əgər istəyirsinizsə, müftəxorluq anlayışını qaytaraq. Bu, xalq üçün də aydın ifadə olar. Yanvarın 1-nə qədər tədbir görün ki, hər kəs işləsin, yaxud işləməyə məcbur edilsin. Mənə deyirlər ki, 500 min vətəndaşımız əmək fəaliyyətindən kənarda qalıb. Yaxşı, qoy 100 mini evdar qadın və s. olsun. Bəs, 400 min nəfər nə edir? Dərhal bu müftəxorluqlarına son qoysunlar!”
Modern.az