“Azərbaycanda aktiv siyasi həyat varmı?! Bunu Liberal Partiyaya şamil etməyi ədalətli hesab etmirəm”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan partiyasının son vaxtlar aktiv fəaliyyətinin nəzərə çarpmaması ilə bağlı suala cavab verərkən deyib.
Partiyanın yeni planlarına gəldikdə, sədr 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırdıqlarını deyib. “Partiyanız bələdiyyə seçkilərində iştirak edəcəkmi” sualını isə Əvəz Temirxan belə cavalandırıb: “Bələdiyyə seçkiləri Azərbaycanda digər seçkilər kimi cəlbedici deyil. Çox güman ki, bu seçkilərdə iştirak etməyəcəyik. Amma partiyanın üzvləri könüllü namizəd ola bilərlər”.
Əvəz Temirxan müxalifət partiyalarının daxilində baş verən son olaylara da münasibət bildirib: “Biz, ümumiyyətlə, partiyaların daxili işlərinə qarşımırıq. Eyni zamanda, partiyalararası daxili məsələləri müzakirə etmirik. Yalnız onların arasında xoş münasibətlərin olmasını arzulayırıq”.
Namidə BİNGÖL