Modern.az

Sabiq nazirə hökm oxundu

 Sabiq nazirə hökm oxundu

Təhsil

22 Oktyabr 2014, 12:51



Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayanı 7,5 il müddətinə azadlıqdan məhrum edib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sabiq nazir 2006-cı ilin yanvarında məhkəmə qərarlarının icrası departamentinin rəhbəri olduğu zaman 3 məhkumun öldürülməsi ilə nəticələnən cinayət hadisəsini ört-basdır etdiyi üçün “vəzifə səlahiyyətlərini aşma” və “işgəncə vermə” maddələri ilə mühakimə olunub. Axalaya ilə yanaşı, Gürcüstan Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli zabitləri – Levan Kardava, Georgi Mazmişvili və Meqims Kardava da uzun müddətli həbsə məhkum ediliblər.
Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri, 2012-ci ilin iyul-sentyabr aylarında isə daxili işlər naziri postlarında çalışıb.    

Vüqar İsmayılov
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı