Modern.az

Temperatur 23 dərəcəyədək yüksələcək

Temperatur 23 dərəcəyədək yüksələcək

Təhsil

22 Oktyabr 2014, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı