Modern.az

Kürd dövlətinin qurulacağı yer razılaşdırıldı - XƏRİTƏ

Kürd dövlətinin qurulacağı yer razılaşdırıldı - XƏRİTƏ

Təhsil

22 Oktyabr 2014, 13:11

İngiltərənin “Times” qəzeti suriyalı kürd liderlərin muxtar dövlət üçün razılaşdıqlarını, dövlətin elan olunmasından sonra seçki keçiriləcəyi haqda məlumat yayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, qəzet Suriyadakı kürd liderlərin İraqın Duhok şəhərində bir araya gələrək, muxtar bir bölgə elan edilməsi ilə bağlı müzakirə aparıblar. Məlumatda qeyd edilir ki liderlərin görüşündə Suriyadakı üç bölgədə kürd dövlətinin elan olunması daha ciddi müzakirə mövzusu olub. Xəbərdə sonra qeyd edilir ki, doqquzuncu gündür davam edən danışıqlarda suriyalı kürdlər Cizire, Efrin və Kobani kantonlarının “Rojava” adı altında yarı-muxtar bir kürd bölgəsi olaraq elan edilməsini tələb edirlər. Suriyalı kürdlərin əsas təmsilçisi PYD (Demokratik Birlik Partiyası) rəsmi açıqlanmanın ardından regional bir parlament qurulması və müdafiə birliklərinin yaradılması üçün seçkilərə gediləcəyini söyləyib. Qəzet Türkiyənin bu cəhdə qarşı çıxdığını, İraqdakı Kürdüstan Regional Rəhbərliyinin rəhbəri Bərzaninin isə təmkinli yanaşdığını da yazıb.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı