Modern.az

Baş redaktordan 20 kiloqram narkotik müsadirə olundu

Baş redaktordan 20 kiloqram narkotik müsadirə olundu

Təhsil

22 Oktyabr 2014, 13:26


Qırğızıstan Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları “Çıyır” (“Yol”) qəzetinin baş redaktoru və “Ayıykat” (“Ədalət”) Partiyasının sədri olan Akılbəy Atabayevi həbs ediblər.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, baş redaktordan ümumi çəkisi 20 kiloqramdan çox narkotik maddə, o cümlədən 10,4 kiloqram heroin və 1,83 kiloqram həşiş müsadirə olunub. Qırğızıstan hüquq-mühafizə orqanları əslən Tacikistanın Bədəxşan bölgəsindən olan Atabayevin tacik və qaraçı narkotik qruplaşmaları ilə əlaqəyə girərək Qazaxıstan və Rusiyaya narkotik vasitələr ötürdüyünü müəyyən edib.

Hazırda təcridxanada saxlanılan Akılbəy Atabayev narkotik vasitələrin ticarəti ilə məşğul olan ilk qəzet redaktoru deyil. 3 il bundan öncə, “Qırğız Ruhu” qəzetinin baş redaktoru Arstanbəy Duşənbiyev də analoji fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.    

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı