Modern.az

Nazirlik turizm sənayesi obyektlərində və mehmanxanalarda monitorinq keçirir

Nazirlik turizm sənayesi obyektlərində və mehmanxanalarda monitorinq keçirir

Təhsil

22 Oktyabr 2014, 14:55

Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesi obyektlərində və mehmanxanalarda monitorinq keçirir.  Modern.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, burada məqsəd xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun,  mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılmasıdır.

Monitorinq zamanı 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulur.

2014-cü il ərzində monitorinqin 3 mərhələdə keçirilməsi planlaşdırılır.

Bundan öncə 1-ci mərhələ üzrə Bakı-Abşeron bölgəsi üzrə, 2-ci mərhələ üzrə respublikamızın digər regionlarında  monitorinq keçirilib.  

Elmin NURİ  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı