Bu gün Türkiyənin Qars bələdiyyə başçısı Murtaza Karaçanta
Modern.az saytının qonağı olub. Bakıya gəlməsindən məmnun olan Karaçanta bununla 4-cü dəfə Azərbaycana səfər etdiyini bildirib. Murtaza Karaçanta Modern.az saytının baş redaktoru Elşad Eyvazlı ilə söhbəti əsnasında 7 aylıq fəaliyyəti haqqında da məlumat verib. Bələdiyyə başçısı hazırda Türkiyədə, eləcə də Azərbaycanda baş verən bir çox proseslərə münasibət bildirib.
Sonda kollektivlə tanış olan Murtaza Karaçanta bundan sonra da Modern.az saytı ilə dostluqlarının davam edəcəyini bildirib.
Modern.az