Modern.az

İcra başçısı və deputat sakinlərlə görüşdə problemlərin həllindən danışıblar - FOTO

İcra başçısı və deputat sakinlərlə görüşdə problemlərin həllindən danışıblar - FOTO

Təhsil

22 Oktyabr 2014, 15:16


Oktyabrın 22-də Xəzər rayonunun Buzovna qəsəbəsində Xəzər Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Modern.az xəbər verir ki, görüşdə Millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİH-i aparatının məsul işçiləri, xidmət sahələrinin rəhbərləri iştirak edib. 120 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açıb.

Daha sonra İcra Başçısı qəsəbədə gedən yeni abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verib. Səyyar görüşdə həmçinin Millət vəkili Rauf Əliyev də çıxış edib. Deputat son on ildə rayonda ümumillikdə geniş layihələrin həyata keçməsindən, görülən abadlıq-quruculuq işlərindən söz açaraq gələcəkdə də rayonunun həll olunmayan problemlərinin həllinə çalışılacağını vurğulayıb.

Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı