Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin orqanı olan “Aydın yol” qəzetinin ilk sayı oktyabrın 24-də çapdan çıxacaq.
Modern.az-ın xəbərinəgörə, qəzetin ilk sayında Azərbaycan və dünya ədəbiyyatından nümunələr, tərcümə problemlərindən bəhs edən məqalələr, maraqlı müsahibələr, müəllif yazıları, aktual problemlərlə bağlı araşdırmalar işıq üzü görəcək. 24 səhifədən ibarət, rəngli “Aydın yol” qəzeti həftədə bir dəfə, cümə günləri çap olunacaq. Qəzetin baş redaktoru Fəxri Uğurludur.