Modern.az

Azərbaycan Alpinizm Federasiyası prezidentinin qardaşı həlak oldu

Azərbaycan Alpinizm Federasiyası prezidentinin qardaşı həlak oldu

Təhsil

22 Oktyabr 2014, 16:00



Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciləvi şəkildə həlak olub.

Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.
"Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi hadisə baş verib.

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı