“Qəzet buraxmaq, kollektiv formalaşdırmaq və yaşatmaq çox çətin məsələdir. Söz yaranandan hakimiyyət nümayəndələri ondan qorxublar”.
Modern.az xəbər verir ki, bunu deputat Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin 25 illik yubileyində deyib. O, bu tədbirə dəvət edildiyi üçün Sabir Rüstəmxanlıya təşəkkür edib: “90-cı illərin gerçəklikləri “Azərbaycan” qəzetinin səhifələrində əks olunub. Qəzetin ən mühüm xidmətlərindən biri o olub ki, həqiqətlər yazılıb. Bu gün məni təbrik edəndə dedim ki, buna ehtiyac yoxdur. Hamı təəccübləndi”.
Deputat Aqil Abbas isə çıxışında həm təsisçini, həm də indiki baş redaktoru təbrik edib: “Azərbaycan jurnalistikasına çörək verən qəzetin ad günüdür. “Azərbaycan” sözü varsa, həm Sabir Rüstəmxanlını, həm də Bəxtiyar Sadıqovu təbrik edirəm. Təbriki öz aranızda bölüşün”.
Rüfanə Günəş