Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”nin son sayı yeni mövzu və rubrikalarla diqqət çəkib. Bir neçə həftə öncə baş redaktor postundan istefa verən yazıçı Elçin Hüseynbəylini ədəbiyyatşünas Azər Turan əvəz edib. Artıq qəzetdə yeni rubrika və mövzu fərqləri hiss olunur. Ötən saydan etibarən qəzetin hər sayında Cənubi Azərbaycan ədəbiyyatına bir səhifə ayrılmasını buna misal göstərmək olar.
Baş redaktor əvəzi Modern.az-a deyib ki, qəzetdə hər həftə yeni dəyişiklik olacaq: “Əsas işimiz gəncləri cəlb etməkdir. Mən də bir neçə gənc yazara müraciət etmişəm. Hər həftə qəzetdə Cənubi Azərbaycan ədəbiyyatına yer ayrılacaq. Çünki Güney olmasa, Quzey ola bilməz. Yeni rubrikalara gəlincə, hər həftə yenilik etməyə çalışacağıq.”
Elmin NURİ