Modern.az

Kiyevə gedən jurnalistlər Ukraynadakı səfirimiz ilə görüşüblər

Kiyevə gedən jurnalistlər Ukraynadakı səfirimiz ilə görüşüblər

Təhsil

22 Oktyabr 2014, 20:45

“Qarabağ”ın oyununu izləmək üçün Kiyevə gedən jurnalistlər bu gün  Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüblər.

Həmkarlarımız Modern.az-a bildiriblər ki, səfirlə görüş onları çox məmnun edib.

“ E. Mədətli savadlı, mütaliəli, natiq diplomatdır”.

Hazırda “Qarabağ” və “ Dnepr “ futbol komandalarının mətbuat  konfransı keçirilir.

Xatırladaq ki, Azərbaycanın bir qrup jurnalist ( 15 nəfər)  Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubuna “Dnepr”lə görüşdə dəstək üçün hazırda Kiyevdədirlər.

Onlar oktyabrın 23-də keçiriləcək "Qarabağ” klubunun “Dnepr”lə görüşündə iştirak edəcəklər.

Məltəm TALIBZADƏ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı