Modern.az

MHP-li bələdiyyə başkanı: “Ərdoğanı Türkiyədə bələkdəki körpə də tanıyır, Ekmeleddin bəyi isə..."

MHP-li bələdiyyə başkanı: “Ərdoğanı Türkiyədə bələkdəki körpə də tanıyır, Ekmeleddin bəyi isə..."

Təhsil

22 Oktyabr 2014, 22:53

Azərbaycanda səfərdə olan Türkiyənin Qars şəhərinin bələdiyyə başqanı Murtaza Karaçanta Modern.az saytına müsahibə verib.

- Murtuza bəy, bu, sizin Azərbaycana  neçənci səfərinizdir?

- Azərbaycana 4-cü dəfədir ki, gəlirəm. Ancaq əvvəlki gəlişlərimdə hələ bələdiyyə başçısı deyildim. 1992, 2011 və 2013- cü illərdə  səfərlərim oldu. Mingəçevirə getdim və orada Mingəçevirlə Qars qardaş şəhər oldular. Onun protokolunu imzaladım.

- Seçkiləri necə qazandınız?

- Bunun üçün seçicilərimizə təşəkkür etmişəm. Mən sizin həmyerlinizəm, bu bir gerçəkdir, ancaq mənim atam orada doğulub, böyüyüb. 90 illik tariximiz var. Ailə böyüklərimiz həmişə yüksək səvviyyədə sevilən kişilər olublar. Bunun bəhrəsini gördüm. Orada harasa gedirdimsə, deyirdilər ki, bəy oğludur. Milliyətcə Hərəkət Partiyasının özünə aid seçiciləri var. Kimi oraya gətirirsən, gətir, orada onun alacağı səs var. Bizim qatqımız səslərin üzərinə səs əlavə etməkdir.  Qars çox çətin bir coğrafiya və olduqca çətun bir yerdir. Orada səs qazanmaq, həqiqətən çətindir. Biz o çətin olanı bacardıq.

Hazırda sizin bələdiyyənin illik büdcəsi nə qədərdir?

-Mən iqtisadiyyatçıyam. Bundan əvvəlki ildə məclis üzvü idim, eləcə də plan, büdcə, komissiya üzvü idim. O büdcəni mən özüm hazırlamışdım. Ancaq seçkilərə qatılacağımı bilmirdim. İllik büdcə 52 trilyondur. (25 milyon dollar)

- Bələdiyyənin büdcəsini hazırlayanda dediniz ki, bələdiyyə başçısı olmaq haqda düşünmürdünüz. Bəs necə oldu ki, seçildiniz?

- Mən 2008-ci ildə dövlət qurumunda işləyirdim. Təqaüdə çıxanda dostum dedi ki, mənlə birlikdə seçkilərə qatıl. Birlikdə çalışmaq üçün namizədliyimi irəli sürdüm. Seçkilərdə dostum uduzdu, mən isə uddum. 5 il məclisdə işlədim. Bu seçimlərdə də iştirak etmək fikrim yox idi.. Dedim bu qədər bəsdir. Bu cür düşünəndə partiyamızdan mənə deyildi ki, biz səni bələdiyyə başçısı görmək istəyirik. Orta məktəbdə oxuyarkən bu təşkiların içində idim. Sonunda siyastə qatıldım. 5 il fəaliyyət göstərəcəyəm. Daha sonra insanlar yenə məni bu vəzifədə görmək istəsələr, mən vəzifəmdən qaçmaram.

- Siz Qarsda hansı işləri görməyi düşünürsünüz?

- Qarsı çox sevirəm. Qars insanları ilə mükəmməldir. İnsanların vəziyyətini düzəltməyimiz bizim əsas vəzifələrimizdəndir. Biz Qars xalqının daha yaxşı yaşaması üçün onların yaşadıqları yeri daha da gözəlləşdirməyə çalışırıq. Qarsda 7 aydır bələdiyyə başqanı olaraq fəaliyyət göstərirəm. Mən evdən çıxanda 2 dəqiqəlik yolu 2 saata gedirəm. İnsanlar məni tanıyır. Hamı ilə görüşürəm. Mən onların problemlərinə çarə olmaq üçün ordayam. Çünki, mən onların içində olmuşam.  Qarsda Heydər Əliyev adına park var. Fikrimdə o da var ki, Xocalı soyqırımına dair heykəl, eyni zamanda park saldırım.

Qalib gəldikdənm sonra Azərbaycandan sizə təbriklər gəldimi?

-Azərbaycan mediası demək olar ki, bir ay boyunca mənim haqqımda yazdı. Digər media qurumları, eləcə də millət vəkilləriniz də  məndən dəstəyini əsirgəmədi. Bələdiyyə başçısı olmazdan əvvəl Qarsda qurulan Qars-Azərbaycan Mədəniyyət Dərnəyinin qurucu başqanı vəzifəsini yerinə yetirdim. İki il boyunca o vəzifədə çalışdım. Mənim Azərbaycan mədəniyyətinə də böyük marağım var.

- Azərbaycan mediasında haqqınızda yazıların getməsi sizin işinizə necə təsir etdi?

- Türkiyə əhalisi Azərbaycan mediasını yaxından izləyir. Məndə inteneti açdığım zaman sizin ölkənin gündəmini mütləq izləyirəm. Bu ənənə halını alıb. Ona görə Azərəbaycan gündəmində yer almaq eyni zamanda, Türkiyə gündəmində də yer almaq deməkdir. İnsanların tanınması üçün media möhtəşəm tanıtım vasitəsidir. Ona görə də istər daxili, istərsə də xarici mətbuatda yer almaq çox vacibdir.

- Biz jurnalist olduğumuza görə bizə marraqlıdır, siz jurnlalistlərlə necə işləyirisiniz?

-Onlarla dialoqum olduqca yaxşıdır, qarsılıqlımünasibətimiz var. İndiyə qədər heç bir jurnalist mənim haqqımda pis fikir bildirməyib. Bu mənim fəaliyətimlə əlaqədardır. İnsanlar arasında olan dialoqda olduqca önəmlidir. Etdiyimiz xidmətlərdə müsbət yönlüdür. 

- Yəqinki,Qarsın özünə aid televiziyası, radiosu və saytı var.

- Bildiyim qədərilə bir televiziya, 13 qəzet, 3 sayt fəaliyyət göstərir. QəzetQars.com adında sayt fəaliyyət göstərir. Serhat adlı  televiziyamız da mövcuddur.

- Bəs orada jurnalistlərin vəziyyəti necədir?

- Onların vəziyyəti yaxşıdır. Çünki qəzetlərin çoxu reklam və elanlar vasitəsilə böyük gəlir əldə edirlər. Onlarınaldıqları pul sayəsində yaşayışları da yaxşıdır.

- Qarsın kəndlərində vəziyyət nə yerdədir? Bəzən deyirlər ki, Qarsda elə kəndlər varki, orada işıq və qaz yoxdur. İnsanların yaşayışı aşağı səviyyədədir. Bunlar nə dərəcədə doğrudur?

- Qarsda yolu olmayan kənd yoxdur. Bəzi kəndlər varki, orada yaşam səviyyəsi aşağıdır. Ancaq işıqsız kəndlərimiz yoxdur. Məktəbsiz kəndlər var. Onlar balaca olduğu üçün bir məktəb tikilir. Digər kəndlərin uşaqlarını avtobuslar vasitəsilə məktəbə aparılır.

- Qarsda əhalinin əsas qazanc mənbəyi nələrdir?

-Əsasən insanlar heyvandarlıqla məşğul olurlar. Ancaq Qars turizm yönündən olduqca inkişaf edə bilər bunun üçün böyük potensialı var. Buna baxmayaraq, o qədər də tanınmır. Buna səbəb bundan əvvəlki idarə edənlərin oranı daha yaxşı tanıtmamasından irəli gəlib. Qars Anadolunun ən qədim türk şəhəridir.

 - Bildiyimiz qədər bu gəlişinizdə Azərbaycan toylarında olmusunuz.  Türkiyə toyları ilə fərq gördünüzmü?

- Türkiyədə də toylar sizin ölkənizdəki kimi qeyd olunur. Ancaq yemək verilməsi imkana baxır. Sizdə borclada olsa, o toyu edirsiniz, kredit götürürsünüz. Bizdə varlı ailələr yemək içmək verir. Mən bilirəm ki, Azərbaycanda ən kasıbın belə toyu yaxşı keçir. Musiqi baxmından hər şey eynidir. Qarsla buradakı toylar eynidir. Bu da bizim orada yaşayaninsanların 80%nin  bu torpaqlardan getməsində irəli gəlir. Azərbaycan kültürü getdiyi yeri də mənimsəyir.. Kültür daşındığı yerə insanı ilə getdiyi zaman dəyişən heç nə olmaz. Siz gəlini evə aparanda qurban kəsirsiniz. Eyni şeylər bizdə də olur. Gəlinin ayağının altına qırılması üçün boşqab qoyulur. Bizdə də mövcuddur. Adət-ənənə eynidir. Sizdə böyük israfçlıq var. Kasıb olanlar da varlılar kimi toy edirlər. Sonra borca düşürlər. Bunu qəbul edə bilmirəm. Mənə görə, hər kəs imkanəna uyğun toy etməlidir.

- İnsanlarımızı, cəmiyyətimizi gördünüz. Azərbaycanla bağlı sizi qane etməyən məsələlər varmı?

- Burada məni  narahat edən elə böyük problem görmədim. Zamanımız az olduğu üçün çox qala bilmirik. Ancaq ümumi baxdığımız zaman Azərbaycanda bir məsələ məni çox qayğılandırdı. İmkanlılarla imkansızlar arasında çox böyük fərq var, hətta deyərdim uçurum var. Bu əlbəttə ki, doğru deyil. Hər halda zamanla düzəldiləcək. Çünki, Azərbaycan Rusiyanın əsarətindən yeni xilas olub. Ancaq bu qısa zamanda türk cümhuriyyətləri içərisində ən üst səviyyəyə çıxıb. İnkişaf olduqca yüksəkdir.

- Azərbaycanla bağlı başqa hansı planlarınız var?

- Bizim Mingəçevir və Gəncə ilə protokollarımız oldu. O protokolların hər ikisinin imzalanma mərasimində iştirak etmişəm. Bələdiyyə başçısı olaraq, protokollar üzərində olanları fəaliyyətə keçirməyi düşünürəm. Gəncə, Mingəçevir heyətini Qarsa dəvət edəcəm. Bizim aramızda dost, iş əlaqələrimiz olacaq. İnşallah Şəki şəhəri ilə belə protokol imzalayacağıq. Azərbaycanın bir çox şəhəri ilə Qarsı qardaşlaşdıracağıq. Bunlar vacib məsələlərdir. İndiyə qədər hər şey kağız üzərindədir. Mən Mingəçevirdə protokol imzaladım. Qardaş qardaşın evinə gedər, qardaşlığını göstərər.

- Sizin əvvəlki bədiyyə başçınız hansı partiyadan idi?

- AKP partiyasından idi.

- Bəs necə oldu ki, onun vəzifəsinə sahib oldunuz?

- Bizim Millyətcə Hərəkət Partiyasının yetərli qədər səsi var. Qars qədim şəhərdir. Biz gücümüzə  güc qatdıq. Mən səhər evdən çıxırdım, qapı-qapı gəzib insanlara özümü tanıdırdım. Bizdə seçkilər olduqca çətindir. Əziyyətimizin qarşılığını 30 mart axşamı gördük.

- Belə məlumatlar var ki, hakim partiyadan başqan olmayan bələdiyyələrə az maliyyə ayrılır. Siz də bu halla qarşılaşmısınızmı?

- Maliyyə onların əlindədir. Ancaq bu mənim vecimə deyil. Çünki bir sevgi ilə işləyirəm. Onların köməyinə ehtiyac duysam,  gərək indidən vəzifəmi qoyub qaçım. Mənim aça bilməyəcəyim qapı yoxdur. Ona görə də bələdiyyənin öz gəlirləri ilə ayaqda dura biləcəyəyimizi onlara göstərəcəyik. Bizim bələdiyyələrimizın hamısı bacarıqlıdırlar.

- Türkiyədə partiyanızın ümumən seçkilərdə aldığı səslərin azalmasınınn səbəbi nədədir?

- MHP- nin başında Baxçalıdır. Gerçəkdən də o, bir bəydir. Siz AKP-nin səslərinin o qədər çox olduğuna baxmayın. Onların çoxu səmimi deyil. Çünki seçicilər pulla alırlar. Bir kasıbın başqa bir yerə getməməsi üçün onu iqtisadi yöndən özünə cəlb etməlisən. Bu AKP-nin etmiş olduğu propoqanda kasıb olduğu kəndlərdə yeyəcək, yanacaq, pul köməyi ilə özlərinə cəlb edir. MHP-nin səsləri ümumilikdə çoxalıb. 2015-ci ildə parlament seçkilərində MHP-nın Türkiyədə partlayış edəcəyini görəcəksiniz. 

- Amma çox zaman AKP-lilər deyirlər ki, MHP-lilər bizim cibimizdədirlər.

- Bu onların düşüncələridir. Elə bir şey mümkün deyil. Türk milləti asan şəkildə kiminsə cibinə girməz. Onlar özlərini qandırırlar. Millət vəkilləri bunu dərk etmirlər. Onlar MHP-nin dəstəyini yalnış anlayırlar. Halbuki, biz nə ediriksə, hamısını Türkiyənin mənfəəti üçün edirik. Bizim Türkiyə naminə hər hansı güzəştimizi onlar belə anlayırlarsa, onlara yazıqlar olsun. 

- Prezident seçkilərində CHP və MHP bir namizədlə çıxış etdi. Bu, sonradan ciddi problemlər doğurdu. Buna sizin şəxsi münasibətiniz necədir?

- Bizim itttifaqla namizəd çıxarmış olduğumuz Əkmələddin İhsanoğlu çox yaxşı insandır. Ancaq onun vətəndaşa tanıdılması asan olmadı. Çünki qarşısında Tayyib Ərdoğan var idi. Tayyib Ərdoğanı bələkdə olan uşaqlar belə tanıyır. Ancaq Əkmələddin İhsanoğlunu çox adam tanımırdı. Yenə də az səs almadıq. Ancaq layiqli yeri də tuta bilmədik. 

Bu gün Türkiyə ilə qardaşlıqdan çox bəhs edirik. Ancaq Türkiyənin bəzi bölgələrində Qarabağ haqqında məlumatsız olanlar az deyil.

- Məni Qars adından deyə bilərəm ki, orada belə bir məsələ yoxdur. Ancaq Qarbağ problemi dünya problemidir. Qarsın, Azərbaycanın problemi deyil. Türkiyənin ən ucqar yerində də biməlidirlər. Dediyiniz məsələ var və bu bəlkə də mediadan düzgüni stifadə etməməyimizdən irəli gəlir. asılıdır. Mövzu üzərində çox çalışmırlar. Biz Qarsda buna yetəri qədər önəm veririk. 

- Bir az da şəxsi həyatınız haaqqında danışaq.

- Təhsilimi Qarsda almışam. Əskişəhir Anadolu universitetində bitirmişəm. Qarsda sosial güvənlik qurumuna məmur olaraq girdim. 26 il işlədiim. Təqaüdçü oldum və siyasətə qatıldım. 33 illik evliliiyim və 2 oğlum var. Həyat yoldaşım da jurnalistika işi ilə məşğuldur. Böyük oğlum Selçuk Konya universitetinin makina bölümünü bitirib, kiçik oğlum isə bu il konservatoriyaya  daxil oldu. Türk xalq musiqi bölməsində qarmon çalır. Ini də deyir ki, mənə tar al. 6 qardaş bacım var. Sülaləmiz genişdir. Türkiyədə 500-600 nəfərimiz var. Türkiyəyə Ağababa ellərindən gedib babalarım.

 

Ulduz İBRAHİMOVA

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı