Modern.az

Nazirlik Cəlilabadın Alar kəndi ilə bağlı təkzib yaydı

Nazirlik Cəlilabadın Alar kəndi ilə bağlı təkzib yaydı

Təhsil

22 Oktyabr 2014, 23:55

“Bir sıra kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Alar kəndində mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumat yayılıb. Həmin məlumata görə, 60-dan çox inək tələf olub. Bu məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə daxil olan kimi adı çəkilən kənddə araşdırmalar aparılmış və məlum olub ki, bu məlumatın heç bir əsası yoxdur və ajiotaj xarakteri daşıyır”.


Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı o da məlum olub ki, Alar kəndində cəmi bir necə baş heyvan yaşıl otdan zəhərlənib. Onlardan 2 başı məcburi kəsilib, 1 başı qansızlaşdırılmadan tələf olub, digər heyvanlar isə yerli baytarlıq mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı