Parlament seçkilərinin müxalifətin ümumi strategiyasında olmasından danışmaq hələ ki tezdir. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
O, 2015-ci ildə keçiriləcək parlament seçkilərində müxalifətin iştirak edib-etməmək məsələsinə özünəməxsus şərh verib:
“Ölkədə ümumi siyasi vəziyyət, konkret seçkilərlə bağlı məsələlər, seçki komissiyalarının tam nəzarət altında olması azad, ədalətli seçkilər üçün şəraitin olmadığını deməyə əsas verir. Belə bir şəraitdə müxalifətin seçkilərdə iştirakının öz spesifikliyi var. Burda daha çox seçkilərdə iştirak ümumi siyasi strategiyanın məqsədləri ilə müəyyən olunur. Bu da müəyyən konyukturanın necə formalaşmasından asılı olacaq. Konkret işlər getməsə də, müəyyən əlamətlər göstərir ki, müxalifətin parlament seçkilərində birgə iştirakı məsələləri də gündəmə gələ bilər”.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.
Namidə BİNGÖL