Modern.az

Nazirlikdən hava şəraiti ilə bağlı yeni xəbərdarlıq

Nazirlikdən hava şəraiti ilə bağlı yeni xəbərdarlıq

Təhsil

24 Oktyabr 2014, 14:17



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Modern.az-
a bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşama doğru hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə kəskin, 10 dərəcə aşağı enəcəyi, oktyabrın 26-27-də paytaxtda maksimal temperaturun gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir. Hava şəraiti oktyabrın 25-i gecədən oktyabrın 27-dək arabir yağıntılı keçəcək.

Respublikanın rayonlarında isə oktyabrın 25-də hava şəraitinin əvvəlcə şimal və qərb, axşama doğru isə əksər rayonlarda yağıntılı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Qeyri-sabit hava şəraiti oktyabrın 28-dək davam edəcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı